ABŞ-da qadın parkda torpağı qazarkən brilliant tapıb

ABŞ-ın Arkanzas ştatının sakini olan qadın “Almazlar krateri”ndə 4,38 karat ölçüsündə brilliant tapıb.

Bu barədə “New York Daily News” məlumat verib.

Norin Vredberq və onun əri Maykl parkı gəzərkən qiymətli daşı tapıblar. Bu parkın qaydasına görə, ziyarətçilər parkın ətrafındakı torpağı qazıb orada tapdıqlarını özləri ilə apara bilərlər.

“Mən o zaman bu daşın brilliant olduğunu bilmədim. Daş təmiz və parlaq idi. Ona görə götürdüm”-deyə qadın bildirib.

Park nəzarətçisinin sözlərinə görə, tapılan sarıya çalan almaz marmelad ölçüsündədir və armudvari formadadır.

Bu qiymətli daş ötən ilin oktyabrından bəri parkda tapılan ən böyük böyük ölçülü brilliantdır.

1906-cı ildən bəri “Almazlar krateri” parkında 75 min almaz tapılıb. Onlardan 250 ədədi bu ilə aiddir. Ən böyüyü olan 40,23 karatlıq brilliant 1924-cü ilə üzə çıxıb.

Həmin qiymətli daş 1971-ci ildə bir kolleksiyaçıya 150 min dollara satılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu 30 ildə Şuşada bir ev tikilməyib…” –

Sonrakı məqalə

“Facebook”un nə üçün işləmədiyinin səbəbi açıqlandı