ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, O’Brayn iyunun 27-29-da Bakıda və Xorvatiyanın Dubrovnik şəhərinə səfərdə olacaq.

“ABŞ dövlət katibinin köməkçisi O’Brayn Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşərək, ABŞ-Azərbaycan ikitərəfli münasibətlərindəki irəliləyişi və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına istiqamətində verdiyi dəstəyi vurğulayacaq. Dövlət katibinin köməkçisi O’Brayn Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərinə sadiq qalmasının vacibliyini bir daha vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcək”, – məlumatda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.