ABŞ dövlət katibi Marko Rubio və Hakan Fidan Azərbaycanla sülh sazişini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefonla danışıb.
AzPost bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brus brifinqdə deyib.
Tərəflər ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və bölgədəki ortaq maraqlarını bir daha təsdiqləyib.
Dövlət katibi Rubio xarici bədxahların Suriyanın keçid prosesindən öz məqsəq ABŞ dləri üçün istifadəsinin qarşısını almaq üçün Suriyada əhatəli keçidin zəruriliyini vurğulayıb.
Dövlət katibi və xarici işlər naziri Ermənistan və Azərbaycan arasında davamlı sülhün vacibliyini də müzakirə ediblər.
Dövlət katibi həmçinin Boludakı faciəvi otel yanğını nəticəsində insan tələfatı və yaralananlarla bağlı dərin hüznlə başsağlığı verib.
ABŞ Senatı yanvarın 21-də Marko Rubionu ABŞ-nin növbəti dövlət katibi vəzifəsinə təsdiq edib.
Bundan əvvəl yeni seçilmiş prezident Tramp Marko Rubionun dövlət katibi vəzifəsinə namizədliyini irəli sürmüşdü.