ABŞ-də “Starlink”in işində nasazlıqlar yaranıb

42 mindən çox ABŞ istifadəçisi “Starlink” peyk rabitə sistemindəki problemlərdən şikayətləniblər.

Bu barədə “Downdetector” servisinin hesabatında bildirilib.

Məlumata əsasən, nasazlıqlarla bağlı şikayət edən insanların 60 faizi internetlə bağlı problemləri qeyd edib, 38 faizi əlaqənin tam kəsilməsindən, 2 faizi şəbəkəyə qoşulmaqdan şikayətlənib.

ABŞ-dan başqa, Böyük Britaniyada Starlink-də fasilələr qeydə alınıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.