ABŞ Ermənistandan bütün vətəndaşlarını çıxarmağa başlayıb

13 Aprel 2020 - 14:31

ABŞ Ermənistandan öz vətəndaşlarını evakuasiya etməyə başlayıb.

Azpost.info bildirir ki, bu barədə Amerikanın Ermənistandakı səfirliyi məlumat yayıb. Evakuasiya aprelin 17-də baş tutacaq. Bunun üçün cəmi bir çarter reysi ayrılıb.

ABŞ vətəndaşları Dohaya aparılacaq. Bu reyslə getməyən ABŞ vətəndaşları qayıtmaq üçün özləri qərar verməli olacaqlar.

Xatırladaq ki, Ermənistanda virusla bağlı elan olunmuş fövqəladə vəziyyəti mayın 14 -ə kimi uzadılıb.