ABŞ Əsədi devirən yaraqlıları terrorçular siyahısından çıxarmaq istəyir- “Politico”

Birləşmiş Ştatlar Suriyanın “Heyət Təhrir əş-Şam” qruplaşmasının terror təşkilatı kimi tanınmasını ləğv etməyi planlaşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ rəsmilərinə istinadən yazıb.

Məlumata görə, hazırda bu məsələ ABŞ administrasiyasında müzakirə olunur.

“Bu qruplaşmanın terror təşkilatları siyahısından çıxarılıb-çıxarılmaması, necə və nə vaxt çıxarıla biləcəyi ilə bağlı genişmiqyaslı müzakirələr gedir”, – administrasiya nümayəndəsi deyib.

Böyük Britaniya və Avropa İttifaqının da bu məsələdə ABŞ-la həmrəy olduğu bildirilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.