ABŞ fələstinlilərə viza verilməsini dayandırdı

Viza
Viza

ABŞ administrasiyası fələstinlilərə qarşı yeni məhdudiyyətlər tətbiq edib. AzPost xəbər verir ki, New York Times qəzetinin məlumatına görə, artıq demək olar ki, bütün fələstin pasportu sahiblərinə viza verilməsi dayandırılıb.

Yeni qaydalar təkcə Qəzza zolağında yaşayanlara deyil, həm də İsrailin işğal etdiyi Qərb sahilində və digər ölkələrdəki fələstin diasporunun nümayəndələrinə şamil olunur. Onlara təhsil, müalicə, qohum ziyarəti və ya biznes məqsədli vizalar da daxil olmaqla, müxtəlif növ qeyri-immiqrasiya vizaları verilməyəcək.

Məsələ ilə bağlı dörd ABŞ rəsmisi anonimlik şərti ilə məlumat verib. Onların sözlərinə görə, bu qərar barədə Dövlət Departamenti avqustun 18-də göndərdiyi teleqramla bütün səfirlik və konsulluqlara göstəriş verib.

Məhdudiyyətlər BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində qüvvəyə minib. Bundan əvvəl ABŞ Dövlət Departamenti Fələstin Azadlıq Təşkilatı və Fələstin Muxtariyyətinin rəhbərlərinə Nyu-Yorka səfər üçün viza verilməsindən imtina etmişdi.

Siyasi müşahidəçilər hesab edirlər ki, Vaşinqtonun bu addımı İsraillə mövqelərin daha da yaxınlaşmasına xidmət edir. ABŞ administrasiyası dəfələrlə bəyan edib ki, fələstin dövlətçiliyinin tanınmasına qarşı çıxır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.