“ABŞ gəmiləri təhdidedici hərəkətə yol versələr, cavab alacaqlar” –İRAN

 İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-ın hərbi gəmilərinin təxribat xarakterli hərəkəti barədə xəbərdarlıq edib.

Azpost.info İRİB-ə istinadən bildirir ki, bu barədə Baş Qəragahın yaydığı bəyanatda deyilir: “İran ordusu ABŞ-ın hərbi gəmilərinin hərəkətini diqqətlə izləyir. Bu gəmilərin hər hansı bir təxribat xarakterli hərəkəti cavabsız qalmayacaq”.

Bəyanatda qeyd olunur ki, Fars Körfəzində təhlükəsizliyi təmin etmək üçün ABŞ hərbi dəniz koalisiyası yaradıb: “Amma söhbət hansı təhlükədən gedir? ABŞ kimi kimdən qorumaq, kimə qarşı yönəlmiş təhlükəni dəf etmək istəyir? Bütün bunlar regiona müdaxilə etmək üçün bəhanədir. Dənizlərdə təhlükəsizlik ABŞ-ın hərbi gəmiləri regionu tərk etdikdən sonra təmin olunacaq”.

Bəyanatda ABŞ-ın adıçəkilən körfəzlərdəki hərbi gəmilərinə xəbərdarlıq edilib ki, onlar qanunsuz və təhdidedici hərəkətlərə yol versələr qəti cavab alacaqlar.

Nəzərə çatdırılıb ki, İran heç vaxt hərbi toqquşma tərəfdarı deyil və heç zaman ilk olaraq silahlı toqquşma yaratmayacaq. Lakin İranın milli maraqlarına təhlükə yaransa, onda istənilən təxribat xarakterli hərəkətlərin qarşısını alacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada 50 milyondan çox insan ölkə daxilində didərgin düşüb –

Sonrakı məqalə

Azərbaycan Ordusunda koronavirusa görə xüsusi qruplar yaradılıb