Dünyada 50 milyondan çox insan ölkə daxilində didərgin düşüb –HESABAT

Ümumilikdə dünyada münaqişə, zorakılıq və fəlakətlər səbəbindən ölkə daxilində 50,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb.

“Anadolu” agentliyi xəbər verir ki, Qərargahı İsveçrədə yerləşən Ölkədaxili Məcburi Köçkün Monitorinq Mərkəzi (IDMC) “Daxili köçkünlük haqqında qlobal hesabat” nəşr edib.

Hesabatda ölkədə 50,8 milyon insanın məcburi köçkün olmasına səbəb olan qarşıdurma, şiddət və fəlakət kimi səbəblərə yeni növ koronavirusun da əlavə edilə biləcəyi barədə xəbərdarlıq edilib.

Eyni zamanda, 45 milyondan çox insanın zorakılıq səbəbiylə evlərini tərk etməsi bildirilir. Beş milyon insan isə zəlzələ və daşqın kimi təbii fəlakətlər səbəbindən məcburi köçkün həyatı yaşayırlar.

Keçən il 33,4 milyon insanın məcburi köçkün vəziyyətinə düşməsi, bunun 2012-ci ildən bəri ən yüksək göstərici olduğu vurğulanır.

Hesabatda, keçən il təxminən 2 min təbii fəlakət səbəbiylə 140 ölkədə və bölgədə 24,9 milyon insanın məcburi köçkün olduğu qeyd edilir.

Mozambik, Malavi, Madaqaskar, Zimbabve, ABŞ, Kanada, Banqladeş və Hindistanda qasırğalar, Cənubi Sudanda sel fəlakəti 2019-cu ildə yerdəyişməyə səbəb olub.

Keçən il 50 ölkədə münaqişə və zorakılıq səbəbiylə 8,5 milyon insanın qaçqın olduğunu vurğulayan hesabatda, Suriya, Konqo Demokratik Respublikası və Efiopiyada bir milyondan çox insanın məcburi köçkün olduğu bildirilir.

Hökumətlər bu il 10-cu ilinə girən və təxminən 2019-cu ilin dekabrından bu yana bir milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olan Suriya vətəndaş müharibəsi kimi münaqişələrin həllini tapmağa çağırılır. Konqo Demokratik Respublikası, Yəmən və Əfqanıstandakı qarşıdurmaların da insanların yerdəyişməsinə səbəb olduğu xatırladılır.

Xatırladaq ki, Ermənistanın Azərbaycana məxsus Qarabağ ərazisini işğal etməsi nəticəsində bir milyondan çox insan köçkün vəziyyətində yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub

Sonrakı məqalə

“ABŞ gəmiləri təhdidedici hərəkətə yol versələr, cavab alacaqlar” –