“ABŞ Gürcüstan hakimiyyətinə qarşı saxta ittihamlar səsləndirir”- KOBİXADZE

ABŞ-ın Gürcüstandakı səfirliyi oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində sosial şəbəkələrdə ölkə hakimiyyəti əleyhinə yönəlmiş yazılarla gürcü seçicilərinə təsir göstərməyə çalışır.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Son bir neçə gündə ABŞ-ın Gürcüstandakı səfirliyi öz Facebook səhifəsində bir sıra nəşrlər dərc edib. Xüsusən də cümə axşamı dərc olunan nəşrdə deyilir ki, Gürcüstanın Qərbdən təcrid olunması onun xalqının maraqlarına ziddir. ABŞ səfirliyinin nəşrlərində düzgün olmayan məlumatlar və hakimiyyətə qarşı saxta ittihamlar yer alır”, – Kobaxidze bildirib.

O, ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqana müraciət edərək ondan yalan məlumatlar yayan əməkdaşların fəaliyyətinə daha dərindən nəzər salmağı istəyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.