ABŞ hərbçiləri Suriyanın şimalındakı Haseke əyalətindəki Tell-Beydar bazasını tərk edib. Bu barədə “SANA” agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ hərbi qulluqçularından ibarət karvan Tell-Tamer-Haseke magistralında yerləşən Sədd-əş-Şarki toplanış məntəqəsinə gəlib. Bazar ertəsi günü ABŞ əsgərlərinin böyük bir hissəsi hərbi təyyarə ilə Ruheybe aviabazasından qonşu İraqa uçub. Çərşənbə axşamı günü isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Menbiçdən geri çəkildiyi açıqlanıb.