ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Menbic şəhərindən çıxıb. “Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb. Qeyd edək ki, Türkiyə ABŞ-dan Menbicdəki hərbçilərini və dəstəklədiyi terrorçu PKK/YPG-PYD qruplaşmasını çıxarmasını istəyirdi. Türkiyə Menbicdə antiterror əməliyyatına başlayacaq.