ABŞ hərbçiləri suyun altında müəmmalı obyektlər aşkar edib –Ekspertlər izah edə bilmirlər (FOTO)

ABŞ hərbi-dəniz donanması suyun altında sürətlə hərəkət edən müəmmalı obyektlər müəyyən edib. 
Azpost.info bildirir ki, bu barədə “The Mirror” qəzeti məlumat yayıb. Ekspertlər və müasir texnologiya bunun izahını verə bilmir. Naməlum obyektləri hidrolokator vasitəsi ilə müəyyən ediblər. Vaxtı və yeri dəqiqləşdirilir.
Bu məlumatlar bir videogörünütlərin yayılmasından sonra ortaya çıxıb. ABŞ Hərbi dəniz qüvvələrinə məxsus “USS Omaha” gəmisi ilə yanaşı gedən müəmmalı qara obyekt aşkar edilib. Məlumata görə, Pentaqon bu çəkilişin 2019-cu ilə aid olduğunu təsdiq edib.
“The Mirror” dəqiqləşdirib ki, bu kadrlar internetə rəsmi təhqiqatın fonunda düşüb. Milli Kəşfiyyatın direktoru Ceyms Fulf və digər qurumlar iyun ayında konqresə hesabat verməlidir.
Vulsi əvvələr də bəyan etmişdi ki, amerikalı təyyarəçilər mütəmadi olaraq UNO-ya oxşayan, havada gəzişən sirli obyektlərlə təmasda olur. Onun sözlərinə görə, belə görüşlər məxfiləşdirlir. Amma son vaxtlar Vaşinqton bu məsələyə yanaşmasını dəyişib. İndi bu barədə açıq müzakirələr aparır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağ Ev Baydenlə Putinin müzakirə edəcəyi məsələləri açıqlayıb

Sonrakı məqalə

Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib