ABŞ hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozub

ABŞ hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozub.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Sakit okean donanmasının “Admiral Vinoqradov” sualtı hərbi gəmisi Böyük Pyotr körfəzində ABŞ hərbi dəniz qüvvələrinin “Con Makkeyn” esminetsinin Rusiyanın dövlət sərhədini pozduğunu qeydə alıb.

Bildirilib ki, artıq bir neçə gündür Yapon dənizi akvatoriyasında olan “Con Makkeyn” hərbi gəmisi bu gün Moskva vaxtı ilə 06:17-də dəniz sərhəd xəttindən 2 km kənara çıxaraq Rusiyanın ərazi sularına daxil olub. “Admiral Vinoqradov” gəmisi beynəlxalq kanallarla ABŞ hərbi gəmisinə xəbərdarlıq etdikdən sonra amerikalılar Rusiyanın ərazi sularını tərk edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibə Qafarova bəzi deputatların koronavirusa yoluxduğunu deyib

Sonrakı məqalə

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub