Sahibə Qafarova bəzi deputatların koronavirusa yoluxduğunu deyib

“Milli Məclisdə bizim bəzi həmkarlarımız da xəstədir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bütün xəstələrə şəfa diləyib: “Qarşıda bizi çox vacib işlər gözləyir. Biz bu sessiyada dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul etməliyik. Buna görə də sizdən xahiş və tələb edirəm, özünüzü qoruyun. Tələb edilən qaydalara əməl edin. Koronavirusla mübarizə ümumxalq işidir. Biz hamımız bu məsələdə iştirak etməliyik. Ölkəmizdə koronavirusa yoluxma sayı artıb. Virus sürətlə yayılır”.

Qeyd edək ki, Milli Məclisinin 15-dən çox deputatının koronavirusa yoluxduğu barədə məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlanıb, “Vətən Müharibəsi Qəhrəmanı” adı müzakirə olunur

Sonrakı məqalə

ABŞ hərbi gəmisi Rusiyanın dövlət sərhədini pozub