ABŞ-ın 80 milyon dollarlıq qırıcı təyyarəsi yerə belə düşdü –VİDEO

qırıcı
qırıcı

Amerikaya məxsus F-35 qırıcı təyyarəsi Alyaskada qəzaya uğrayıb.

AzPost bildirir ki, təyyarə qəzası bombardmançı “Eyelson” Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan sonra təlim uçuşu zamanı baş verib.

Görüntülərdə qırıcı təyyarənin havada fırlanaraq yerə düşəsi, ardınca güclü partlayış və qəza yerindən yanğın sütununun yüksəldiyi görünür. Pilot katapult etməyi  bacarıb və xəstəxanaya yerləşdirilib.

Fövqəladə vəziyyətin səbəbləri müəyyənləşdirilir və araşdırma aparılacaq.

F-35A ABŞ ordusunda F-16 Fighting Falcons və A-10 Thunderbolt II-ni əvəz edən ən son beşinci nəsil reaktiv qırıcıdır. Belə bir təyyarənin orta qiyməti 80 milyon dollardan çoxdur.

Əlavə olaraq oxu

Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A – ənənəvi qalxma və enmə variantı, F-35B – sürətli qalxma və şaquli enmə variantı və F35C – aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.