Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxdığını rəsmən elan edəcək

User 22 Yanvar 2026 - 12:30 (Last updated: 22 Yanvar 2026 - 12:11)
ust brend

Ağ Ev həm ABŞ-da, həm də qlobal miqyasda səhiyyəyə zərbə vuracağı barədə xəbərdarlıqlara baxmayaraq, yanvarın 22-də rəsmi olaraq Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxdığını elan edəcək. Bu qanun Vaşinqtonun BMT-nin səhiyyə agentliyinə borclu olduğu 260 milyon dollarlıq vəsaiti ödəməsini tələb edir.

“Reuters” agentliyi xəbər verir ki, Prezident Donald Tramp prezidentliyinin ilk günündə ABŞ-ın təşkilatdan çıxacağını bildirib. Birləşmiş Ştatlar qanunvericiliyinə əsasən, bu addımı atan Vaşinqton bir il əvvəldən xəbərdarlıq etməli və təşkilata bütün vəsaitləri ödəməlidir.

Son bir ildə bir çox qlobal səhiyyə mütəxəssisi, o cümlədən bu yaxınlarda ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Vaşinqtonu bu məsələni yenidən düşünməyə çağırıb. “Ümid edirəm ki, ABŞ məsələni yenidən nəzərdən keçirəcək və təşkilatı tərk etməyəcək”, – deyə o, bu ayın əvvəlində keçirilən mətbuat konfransında jurnalistlərə bildirib. Baş direktor əlavə edib ki, bu addım ABŞ və dünyanın qalan hissəsi üçün itkidir.

ÜST, həmçinin bildirib ki, ABŞ hələ də 2024 və 2025-ci illər üçün borclu olduğu rüsumları ödəməyib. Təşkilatın sözçüsü “Reuters” agentliyinə elektron poçtla məlumat verib ki, üzv dövlətlər ABŞ-ın təşkilatdan çıxmasını və bunun necə həll olunacağını fevral ayında ÜST-nin icra şurasında müzakirə etməyə hazırlaşır. ABŞ Dövlət Departamenti isə bu iddiaları şərh etməyib.

“Bu, ABŞ qanunlarının açıq şəkildə pozulmasıdır”, – deyə Vaşinqtondakı Corctaun Universitetinin Qlobal Səhiyyə Hüququ İnstitutunun direktoru Lorens Qostin bildirib. Bununla belə, o, Trampın qərarının qəti olduğunu vurğulayıb.

Davosda jurnalistlərə müsahibə verən Qeyts Fondunun sədri, qlobal səhiyyə təşəbbüslərinin və ÜST-nin bəzi işlərinin əsas maliyyəçisi Bill Qeyts bildirib ki, ABŞ-ın qısa müddətdə bu qərarı yenidən nəzərdən keçirəcəyini gözləmir. “Düşünmürəm ki, ABŞ yaxın gələcəkdə ÜST-ə qayıdacaq”, – deyə o bildirib. Bill Qeyts əlavə edib ki, dünyanın Ümumdünya Səhiyyə Təşkilatına ehtiyacı var.

Qlobal səhiyyə ekspertləri Ağ Evin bu addımının ABŞ, ÜST və dünya üçün risklər yaratdığını bildiriblər.

“ABŞ-ın ÜST-dən çıxması dünyanın sağlamlıq təhdidlərini aşkarlamaq, qarşısını almaq və onlara cavab vermək üçün etibar etdiyi sistemləri və əməkdaşlığı zəiflədə bilər”, – deyə Vaşinqtonda yerləşən qeyri-kommersiya təşkilatı olan “Bloomberg Philanthropies”in ictimai səhiyyə proqramının rəhbəri Kelli Henninq bildirib.

AzPost.az

Post navigation

Previous: “Ukrayna üzrə nizamlanma yekun mərhələyə keçib” –
Next: ABŞ-ın Qrenlandiya siyasəti Avropa İttifaqında qorxu yaradıb

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.