ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Bakıda görüşüb

Səfirlər Litzenberger, Deqnan və Treysi, dövlət katibinin köməkçisinin müavini Olson, Qafqaz danışıqları üzrə baş müşaviri (SACN) Endryu Şofer və ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-ın Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi Missiya Rəhbərlərinin regional toplantısında iştirak ediblər.

ABŞ səfirliyinin yaydığı məlumata görə, İrəvan, Bakı və Tbilisi əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər.

“Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq”, – qeyd olunub.

Əvvəlki məqalə

Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” beynəlxalq forumu keçirilir

Sonrakı məqalə

Məşhur futbolçunun evindən 1 milyon avro oğurlanıb