ABŞ-ın Cənubi Qafqazdakı səfirləri Bakıya gəlir –Amerikanın missiya başçıları ilə toplantı təyin olunub

ABŞ Cənubi Qafqazdakı səfirləri Bakıda toplaşır. 

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson Bakıda ABŞ-ın missiyasının rəhbərləri ilə görüşəcək.

“Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair Baş məsləhətçi Endryu Şofer iştirak edirlər. Bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir. Son konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018 illərdə keçirilən konfransları təşkil etmişdi. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib”, – səfirliyin məlumatında bildirilib.

Əvvəlki məqalə

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

Sonrakı məqalə

QMİ Məhərrəm ayının başlanma tarixini açıqladı