ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcılarından ibarət eskadrilya Fələstin-İsrail münaqişəsi zonasına gəlib.
Azpost.info bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Komandanlığın rəsmi açıqlamasında bildirilir ki, F-16 Ekspedisiya Qırıcı Eskadrilyası ABŞ-ın mövcudluğunu gücləndirmək üçün mərkəzi komandanlıq ərazisinə gəlib.
Qeyd edək ki, oktyabrın 14-də ABŞ-ın F-15 “E Strike Eagle” qırıcılarının Yaxın Şərqə gəldiyi açıqlanıb.
Azpost.info