ABŞ hakimiyyəti tərəfindən saxlanılan Venesuela prezidenti Maduronun ilk görüntüləri yayılıb.
AzPost bildirir ki, əməliyyat ABŞ Delta Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilir.
“Venesuela hökumətinin ölkə lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin harada olduğu barədə heç bir məlumatı yoxdur”.
Bunu vitse-prezident Delsi Rodriges bunu şənbə günü dövlət televiziyasında yayımlanan audiomüraciətdə bildirib. “Prezident Nikolas Maduro və birinci xanım Siliya Floresin sağ olduqlarının dərhal təsdiqlənməsini tələb edirik”, – Rodriges deyib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Maduro və həyat yoldaşını ələ keçirdiyini və onları Venesueladan çıxardığını açıqlamışdı.