“ABŞ-ın köməyi olmadan Ukraynanın özünü müdafiə etməsi çətin olacaq”.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Zelenski CNN-ə müsahibsəində bildirib.
Onun sözlərinə görə, Kiyev bu kömək olmadan nəinki döyüş meydanında yeni nailiyyətlər əldə etməkdə çətinlik çəkəcək, həm də bu il özünü müdafiə etməkdə çətinlik çəkəcək.
Zelenski deyib ki, Rusiya mayın sonunda yeni hücuma cəhd edək, bu baxımdan vaxt həlledici əhəmiyyət daşıyır.
“İnsanlar hazır olacaq, lakin döyüş sursatı hazırlanmayacaq, briqadalar da hazır olmayacaq… Nəinki bizim əks-hücum üçün, onlar özlərini müdafiə etməyə, güclü olmağa hazır olmayacaqlar. Bu, çox çətin olacaq. ”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırski gələcək fəaliyyət planı üçün iki variant hazırlayır: Kiyev ABŞ-dan yardım alarsa, Rusiyanı hucumunu dəf edə bilər, əgər ala bilməsə yalnız müdafiəyə köklənə biləcək.
Prezident həmçinin bildirib ki, o, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonla yardım paketi barədə danışıb və bu söhbətdən sonra özünü nikbin hiss edib.
“O, Ukraynanı dəstəkləmək üçün hər şeyi edəcəyini söylədi. Əgər onlar öz fikirlərini dəyişsələr, bu bizim üçün böyük problem olacaq” -deyə Zelenski fikrini tamamlayıb.
Azpost.info