ABŞ-ın nüvə sualtı qayığı son 40 ildə ilk dəfə Cənubi Koreya limanına gəlib

Göyərtəsində ballistik raketləri olan ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji nüvə sualtı qayığı son 40 ildə ilk dəfə Cənubi Koreyaya – Busan limanına gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” ABŞ prezident administrasiyasının Hind-Sakit okean regionu üzrə koordinatoru Kurt Kempbelə istinadən yazıb.

“Hazırda Busanda ABŞ-ın nüvə sualtı qayığı var”, – Kempbel bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi Vaşinqtonun Seulla KXDR-ə dair razılaşmalara sadiqliyini nümayiş etdirməkdir.

Azpost.info

Əvvəlki məqalə

İyulun 25-də müavinət, təqaüd və sosial yardımlar ödəniləcək

Sonrakı məqalə

Sabahdan Məhərrəm ayı başlayır