“ABŞ-ın Rusiyada hakimiyyəti dəyişmək niyyəti yoxdur” –Vitse-prezident Kamala Harris

“ABŞ-ın Rusiyada hakimiyyəti dəyişmək və ya ölkənin hazırkı prezidenti Vladimir Putini vəzifəsindən uzaqlaşdırmaq niyyəti yoxdur”.

Azpost.info xəbər verir ki, “Daily Mail” bunu ABŞ-ın vitse-prezidenti Kamala Harrisə istinadən yazıb. “Biz rejim dəyişikliyinin tərəfdarı deyilik və bu, bizim siyasətimiz deyil”, – Harris deyib.

Vitse-prezident əlavə edib ki, ABŞ Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa davam edəcək: “Bizim siyasətimiz əvvəldən Rusiyaya qarşı real və dərhal təsir edən sanksiyaların tətbiqi idi”.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Luici Di Maio ilə müzakirə etdiyi məsələləri açıqlayıb

Sonrakı məqalə

“Rusiya cənub və şərqdən başqa bütün ərazilərdən çəkiləcək” –