Ceyhun Bayramov Luici Di Maio ilə müzakirə etdiyi məsələləri açıqlayıb

“Bu gün apardığımız müzakirələr zamanı münasibətlərimizin müxtəlif aspektlərini müzakirə etdik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2021-ci ilin yekununa dair məlumata əsasən, Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 10 milyard ABŞ dolları həcminə çatıb: “İqtisadi sahədə danışarkən enerji əməkdaşlığı bu formatın ən geniş hissəsini təşkil edir. Uzun illər ərzində Azərbaycan İtaliya üçün neft və neft məhsullarının 1 nömrəli təchizatçısı olub. “Trans-Adriatik” boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan qazının Avropa məkanına, ilk olaraq İtaliyaya çatması mümkün olub. TAP layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın enerji sahəsində rolu artdı. Hörmətli həmkarıma Azərbaycandakı alternativ enerji mənbələri ilə bağlı istiqamətlərdə də birgə əməkdaşlığın həyata keçirilməsi imkanları barədə də məlumat verdim”. (APA)

Əvvəlki məqalə

“Ermənistandan normallaşma ilə bağlı bir sıra müsbət mesajlar eşidirik” –

Sonrakı məqalə

“ABŞ-ın Rusiyada hakimiyyəti dəyişmək niyyəti yoxdur” –