ABŞ-ın sabiq prezidenti Karter 100 yaşında vəfat edib

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Azpost bildirir ki, bu barədə “The Washingtin Post” onun oğlu Ceymsə istinadən yazır.

O, bazar günü, dekabrın 30-da Corciya ştatının Plains şəhərindəki evində vəfat edib.

Siyasətçi son illər qaraciyərə və beyinə yayılan bədxassəli şiş olan melanoma ilə mübarizə aparırdı. 2023-cü ilin fevralında Karter Mərkəzi məlumat verdi ki, keçmiş prezident xəstəxanaya yerləşdirildikdən sonra əlavə tibbi müalicədən imtina edib və həyatının qalan hissəsini evdə ailəsi ilə birlikdə keçirməyə qərar verib.

Karter 1977-1981-ci illərdə dövlət başçısı vəzifəsində çalışıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.