ABŞ-ın sabiq prezidenti Obama Baydenə dəstək verir

ABŞ-ın sabiq Prezidenti Barak Obama Demokrat Partiyasından prezidentliyə namizədliyin irəli sürülməsi uğrunda mübarizədə sabiq Vitse-prezident Co Baydeni dəstəkləyir.

Bunu bu gün NBC telekanalının Ağ Evdəki müxbiri Piter Aleksander “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb. Obama bu gün səhər bir videosüjetdə C. Baydeni dəstəklədiyini bəyan edib. Bu barədə jurnalistə Barak Obamaya yaxın mənbə məlumat verib.

Qeyd edək ki, Demokrat Partiyasının noyabrın 3-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədi partiyanın avqustun ortalarında keçiriləcək qurultayında müəyyənləşəcək.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Pandemiyanın pik həddini hələ keçməmişik” –

Sonrakı məqalə

Stalin Rəsulzadəni sovet Azərbaycanına rəhbər gətirmək istəyib? –