ABŞ-ın tarixində ilk dəfə bütün ştatlarda fəlakət rejimi elan olunub

12 Aprel 2020 - 10:25

ABŞ prezidenti Donald Tramp genişmiqyaslı fəlakət rejimi elan edib. Beləliklə, ABŞ tarixində ilk dəfə bu rejim bütün ölkə ərazisində tətbiq edilib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Djadd Dir “Twitter” səhifəsində bildirib.

“Tarixdə ilk dəfə olaraq prezident eyni anda ölkənin bütün 50 ştatında genişmiqyaslı fəlakət rejiminin mövcud olduğunu elan edib”, – D.Dir yazıb.

Son məlumatda ABŞ-da 519 453 nəfərin koronavirusa yoluxduğu və 20 071 nəfərin dünyasını dəyişdiyi bildirilir. Hazırda ABŞ koronavirus qurbanlarının sayına görə İtaliyanı ötərək dünyada birinci yeri tutur.