ABŞ İrana qarşı sanksiyaları yumşalda bilər- Rusiyaya dron tədarükünü dayandırarsa

Birləşmiş Ştatlar İrandan Rusiyaya hücum dronlarının tədarükünü dayandırmağa çalışır.

Azpost.info xəbər verir ki, ABŞ bunun müqabilində əvvəllər tətbiq edilmiş sanksiyaları yumşaltmağa hazırdır.

“ABŞ və İran rəsmiləri “Financial Times”a bildiriblər ki, məsələ bu il Qətər və Omandakı dolayı danışıqlarda iki dəfə gündəmə gəlib. Vaşinqton Tehrandan Moskvaya təkcə pilotsuz təyyarələr deyil, həm də pilotsuz təyyarələr üçün ehtiyat hissələri göndərməyi dayandırmağı tələb edir.

“Tehran Ukraynada İran dronlarının istifadəsini rəsmən rədd edir. Bununla belə, Vaşinqton İrandan daha konkret addımlar istəyir”, – İran rəsmisi bildirib.

Azpost.info

Əvvəlki məqalə

Salyanda kişi 25 yaşlı həyat yoldaşını öldürdü, polisə təslim oldu

Sonrakı məqalə

Ombudsmanın nümayəndələri Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüşüb