ABŞ İrandan bütün nüvə materiallarını ölkədən çıxarmağı tələb edəcək

ABŞ və İsrail İranla iki həftəlik atəşkəs barədə əvvəlcədən razılığa gəlib.

Azpost.info bildirir ki, bu barədə “The Times of Israel” qəzeti adı çəkilməyən İsrail rəsmisinə istinadən məlumat yayıb.

Hər iki ölkə nüvə materialları və raket proqramı da daxil olmaqla, qarşıdan gələn danışıqlarda ABŞ-İsrailin ortaq məqsədlərinə riayət edəcəyinə söz verib.

Xəbərlərə görə, ABŞ digər məsələlərlə yanaşı, Tehrandan bütün nüvə materiallarını ölkədən çıxarmağı, uranın zənginləşdirilməsini dayandırmağı və ballistik raket təhlükəsini aradan qaldırmağı tələb edəcəyinə söz verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.