ABŞ Kiyevə “Abrams” tanklarının ilk partiyasını təhvil verdi

ABŞ Kiyevə “Abrams” tanklarının ilk partiyasını təhvil verib.

Azpost.info xəbər verir ki, bu barədə Pentaqondan “The New York Times”a bildirilib.

Məlumata görə, ilk ABŞ “M1 Abrams” tankları şənbə günü, sentyabrın 23-də ABŞ-dan Ukraynaya gəlib. Onların sayı açıqlanmır.

Mənbələr əlavə edib ki, qalan tanklar da yaxın aylarda göndəriləcək.

Ümumilikdə prezident Co Baydenin administrasiyası Ukrayna Silahlı Qüvvələrinə 31 “Abrams” tədarük edəcəyini bildirib.

ABŞ bu tankları 2023-cü ilin yanvarında Ukraynaya göndərməyi planlaşdırdığını açıqlayıb. Sonra Almaniyanın “Qrafenvuer” bazasında Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün təlim kursu təşkil olunub. Avqust ayında hazırlıq işləri başa çatdırılıb.

Azpost.info

Əvvəlki məqalə

Xocalıda erməni sakinlərinin nümayəndələri ilə danışıqlar başa çatıb

Sonrakı məqalə

Ağdamda müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib