Sentyabrın 6-da ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Qarabağın qondarma “blokadası” ilə bağlı dinləmələr keçiriləcək.
Azpost.info bildirir ki, dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, bədnam Luis Moreno Okampo iştirak edəcək. O, vəziyyətlə bağlı ekspert rəyini təqdim edəcək.
Okampo avqust ayında açıqladığı hesabatında Azərbaycana böhtan ataraq ölkəni “soyıqırım”da ittiham edib.
Dinləmədə Corctaun Universitetinin professoru Devid Fillips də çıxış edəcək.
Dinləmələr Konqresin üzvləri və əməkdaşları və mətbuat üçün açıq olacaq. Tədbir sentyabrın 6-da Vaşinqton vaxtı ilə saat 13:00-da ( 21:00) başlayacaq və komissiyanın saytında canlı yayımlanacaq.
Azpost.info