ABŞ Krımda öz silahlarından istifadəyə məhdudiyyət qoymayıb

ABŞ Krımda öz silahlarından istifadə üçün məhdudiyyətlər qoymayıb.

CNN-in verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Biz Ukraynanın Rusiyaya zərbə endirmək üçün ABŞ və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Krımın Ukrayna olduğuna inanırıq”, – deyə Sallivan bildrib.
O əlavə edib ki, ABŞ Ukraynanın beynəlxalq tanınmış sərhədləri daxilində zərbələrə məhdudiyyət qoymayıb.

Əvvəlki məqalə

Bakıda beşmərtəbəli binada yanğın olub

Sonrakı məqalə

Xaricdə səs verən Türkiyə vətəndaşlarının sayı 1 milyonu ötüb