ABŞ məhkəməsi “Amerikanın Səsi”nin bağlanmasını dayandırıb

Nyu-York federal məhkəməsinin hakimi Tramp administrasiyasının “Amerikanın Səsi” radiosunu bağlanması ilə bağlı təşəbbüsünü dayandırıb.

AzPost bildirir ki, bu bardə “The New York Times” nəşri məlumat yayıb.

“Amerikanın Səsi”nin jurnalistləri iddia ərizəsində administrasiyanın müdaxiləsinin onların Konstitusiyanın söz və mətbuat azadlığı da daxil olmaqla Birinci Düzəlişdəki hüquqlarını pozduğunu bildiriblər. Hakim bunu təsdiqləyib və bağlanma təşəbbüsünün dayandırılmasına qərar verib.

Hazırda məhkəmədə proseslərin sonrakı gedişatı gözlənilir. Nəşrin direktoru Maykl Abramovitz də ayrıca iddia qaldırıb.

Qeyd edək ki, məhkəmə bundan əvvəl  “Azadlıq” radiosunun nəşrinin maliyyələşdirilməsini bərpa etmək qərarına gəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.