ABŞ nüvə hazırlığını yoxlamaq üçün təlimlərə başlayır

ABŞ Silahlı Qüvvələri nüvə hazırlığını yoxlamaq üçün təlimlər keçirəcək.

“Global Thunder 23” adlı təlimlər bu gündən başlayacaq.

Qeyd olunub ki, bu cür təlimlərin hər il keçirildiyi və digər ölkələrin hərəkətlərinə cavab olmadığı vurğulanır.

Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir.

ABŞ Silahlı Qüvvələrinin illik Strateji Komandanlığının mətbuat xidmətindən bildirilib ki, təlimlərdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək.

Təlim zamanı bombardmançıların uçuşlarının sayı artırılacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.