“İradəmiz yerinə yetirilənə qədər əvvəlki neft qiymətlərinə və əvvəlki qaydalara qayıdış olmayacaq“.
Azpost.info Fars Agentliyinə istinadən bildirir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari bildirib.
“İlk gündən ilk və son sözlərimiz belə olub, indi də belədir və olacaq: bizdən heç kim sizin kimi biri ilə yola getməyəcək. Heç vaxt!”, – deyə Zülfüqari bildirib.
“Daxili münaqişələriniz artıq öz-özünüzlə danışıqlar səviyyəsinə çatıb? İflasınızı razılaşma adlandırmayın”-deyə o vurğulayıb.
Daha əvvəl mediada ABŞ-ın İrana nüvə silahlarının hazırlanmasından imtina etmək, uranın zənginləşdirilməsini mülki səviyyəyə endirmək və Hörmüz boğazının açılması da daxil olmaqla 15 tələbdən ibarət siyahı təqdim etdiyi bildirilirdi.