ABŞ öz vətəndaşlarını Azərbaycana getməməyə çağırdı –  Dövlət Departamentindən açıqlama

ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Azərbaycana və Türkmənistana səfər etməməyə çağırıb.

Azpost.info RBK-ya istinadən bildirir ki, Dövlət Departamenti bu ölkələrdə koronavirusun yayılması ilə bağlı belə tövsiyə verilib. Rəsmi məlumata görə, Türkmənistanda yoluxma qeydə alınmasa da, Azərbaycanda 6 belə xəstə var.

Dövlət Departamenti Azərbaycan və Türkmənistanla la bağlı tövsiyəsini belə əsaslandırıb ki, bu ölkələrdə  tibbi yardım ABŞ standartlarına cavab vermir.

Azərbaycan hökuməti koronavirusla bağlı karantin tədbirlərini aparıb. Yoluxmanın ən çox qeydə alındığı İranla sərhəddini bağlayıb. Həmçinin yoluxma şübhəsi doğuran şəxslərin müayinəsi üçün xüsusi tibb müəssələri ayrılıb. ABŞ Dövlət Departamentinin bu  tövsiyyəsi təəccüblüdür. Yəqin ki, Səhiyyə Nazirliyi bununla bağlı müvafiq açıqlama verəcək.

Son rəqəmlərə görə, dünyada koronavirusa yoluxanların sayı 100 mini ötüb. Onlardan 50 mindən çoxu sağalıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ETSN-nin mütəxəssisləri Lerikə ezam olunub

Sonrakı məqalə

Dezinfeksiya işləri aparılan təhsil müəssisələrinin sayı