ABŞ prezidenti Bayden və Britaniyanın baş naziri görüşüb

10 İyun 2021 - 23:42

Böyük Britaniyanın Baş naziri Boris Consonla ABŞ prezidenti Co Bayden arasında sabah Britaniyada keçiriləcək G7 sammiti öncəsi görüş olub.

Liderlər Britaniya və ABŞ arasındakı münasibətləri müzakirə ediblər.

1 saat 20 dəqiqə davam edən görüşdən sonra Boris Conson ABŞ prezidenti ilə danışıqların yaxşı keçdiyini bildirib.

“Bayden rəhbərliyini və Co Baydeni dinləmək çox gözəldir, çünki NATO-da iqlim dəyişikliyinə dair bir çox mövzuda onların bizimlə birlikdə etmək istədikləri çox şey var”, – deyə B.Conson bildirib.

Qeyd edək ki, “Böyük Yeddilər”in (G7) zirvə toplantısı 11-13 iyun tarixlərində Britaniyanın Kornval bölgəsinin Karbis Bey kurort şəhərciyində keçiriləcək.(APA)