ABŞ Prezidenti Trampın qardaşı vəfat edib –FOTO

ABŞ Prezidenti Donald Tramp kiçik qardaşı Robert Trampın şənbə günü vəfat etdiyini bildirib.

TASS informasiya agentliyi xəbər verir ki, məlumatı Ağ evin mətbuat xidməti yayıb. “O, sadəcə mənim qardaşım deyil, ən yaxşı dostum idi. Onun xatirəsi daim qəlbimdə yaşayacaq. Robert, mən səni sevirəm”, – deyə ABŞ lideri bildirib.

Donald Tramp cümə günü kiçik qardaşını Nyu-Yorkda xəstəxanada ziyarət edib.

Daha əvvəl NBC telekanalı 71 yaşlı Robert Trampın ağır xəstəliklə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yaymışdı. Lakin mənbələr onun səhhətində hansı problemin olduğunu bildirməyib. Donald Tramp, öz növbəsində, Robertin “çətin dövr” yaşadığını, eyni zamanda, onun sağalacağına ümid etdiyini demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp ABŞ-da “Alibaba” şirkətinə qadağa qoyulacağını istisna etməyib

Sonrakı məqalə

Bakıda daha bir ekspress xətti fəaliyyətə başlayır –