Tramp ABŞ-da “Alibaba” şirkətinə qadağa qoyulacağını istisna etməyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çinin “Alibaba” şirkətinin fəaliyyətinə ABŞ-da mümkün qadağa qoyulması məsələsini öyrənir.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, ABŞ Prezidenti bu fikri Nyu-Cersi ştatının Bedminster şəhərində jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Mətbuat konfransı Ağ evin saytında canlı yayımlanıb.

Çinin ən böyük internet şirkəti “Alibaba Group” 1999-cu ildən elektron kommersiya sahəsində çalışır. Qrupa, həmçinin bir neçə törəmə şirkət və internet məkanı, o cümlədən “Alibaba.com”, “AliExpress.com”, “Taobao.com”, “Tmall.com” məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Minskdə Lukaşenkoya dəstək mitinqi keçiriləcək

Sonrakı məqalə

ABŞ Prezidenti Trampın qardaşı vəfat edib –