ABŞ prokurorluğu rusların həbs edilmiş aktivlərinin məbləğini- AÇIQLADI

“Ukraynada münaqişə başlayandan ABŞ-da sanksiyalardan yayınmış rus oliqarxlarının və Rusiya ilə əlaqəli şəxslərin 500 milyon dollardan çox məbləğdə aktivləri həbs edilib”.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Baş prokurorunun müavini Liza Monako Yaponiyada G7 nazirlərinin görüşündə çıxış edərkən bildirib.

“Biz Rusiya rejimini dəstəkləyən və ABŞ-ın iqtisadi tədbirlərindən yayınan rus oliqarxlarının və digərlərinin aktivlərinə habs qoymuşuq”, –Monoko deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin operativ qrupu aktivlərin üzərinə həbs qoyulması ilə məşğul olub. Qrup Ukraynaya hərbi müdaxiləyə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyaların icrasına nəzarət üçün yaradılıb.

Azpost.info

 

Əvvəlki məqalə

Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib

Sonrakı məqalə

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə sənəd qəbulu davam edir