ABŞ rəsmiləri Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına yola düşür

ABŞ-nin nümayəndə heyəti Ukraynadakı müharibə ilə bağlı Rusiya rəsmiləri ilə danışıqlar üçün bu gün, fevralın 16-da Səudiyyə Ərəbistanına yola düşür.

BBC“ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

Uitkoff əlavə edib ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uatz da danışıqlar prosesində iştirak edəcək.

Danışıqlarda Ukrayna nümayəndələrinin iştirak etməyəcəyi qeyd olunur.

O, Ukraynanın danışıqlar prosesinin bir hissəsi olduğunu vurğulayıb, lakin təfərrüatları açıqlamayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.