ABŞ Rusiya biznesmenlərinin pullarını ukraynalı veteranlara verəcək

ABŞ dövlət katibi Entoni Blinken sanksiyalara məruz qalan rusiyalı iş adamlarından müsadirə edilən aktivlərin ukraynalı veteranlara dəstək üçün istifadə olunacağını bildirib.

TASS-ın məlumatına görə, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

“Biz ilk dəfədir ki, Ukraynaya sanksiyaya məruz qalan rus oliqarxlarından müsadirə edilmiş aktivləri göndəririk və bu aktivlərdən ukraynalı veteranların dəstəklənməsi üçün istifadə olunacaq”, – o deyib.

Dövlət Departamentinin yaydığı bəyanatda qeyd edildiyi kimi, söhbət 5,4 milyon dollar məbləğində vəsaitdən gedir.

Blinken daha əvvəl Vaşinqtonun Kiyevə 1 milyard dollardan çox əlavə yardım edəcəyini açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.