“ABŞ, Rusiya və Fransa 30 il Qarabağ münaqişəsini həll edə bilmədi, Türkiyə töhfə verdi” –

ƏRDOĞAN
23 Dekabr 2020 - 14:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verdiklərini bildirib.

Parlamentdə Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxış edən Ərdoğan deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa 30 il müddətində Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyiblər.

“Azərbaycanlı qardaş və bacılarımız qaçqın vəziyyətinə düşdülər. Belə olan halda isə azərbaycanlı qardaşlarımız qərar verdilər və torpaqlarına qovuşdular”, – deyə Türkiyə Prezidenti vurğulayıb.