ABŞ Rusiyadan olan 11 nəfərə sanksiya tətbiq etdi- SİYAHI

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi 11 nəfərin daxil olduğu yeni sanksiyalar siyahısını dərc edib.

Azpost.info xəbər verir ki, sanksiyalar kiberməkanda fəaliyyətə görə tətbiq edilib.

Siyahıda Mixail Çernov, Maksim Qaloçkin, Maksim Xaliullin, Artyom Kurov, Sergey Loquntsov, Aleksander Mojayev, Dmitri Putilin, Maksim Rudenski, Mixail Tsarev, Vadim Vəliaxmetov, Andrey Jukov yer alıb.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, sanksiya tətbiq olunan şəxslər Rusiyada yerləşən “Trickbot” kibercinayətkarlar qrupunun əsas iştirakçılarıdır.

“Qrupun Rusiya kəşfiyyat xidmətləri ilə əlaqələri var və hədəfləri ABŞ hökuməti, şirkətləri və xəstəxanaları olub. COVID-19 pandemiyası zamanı “Trickbot” qrupu ABŞ-da bir çox kritik infrastruktura və səhiyyə xidmətinə hücum etmişdi”, – nazirlik bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ağdam-Xankəndi yolu Qarabağın erməni sakinlərinə reinteqrasiya üçün bir imkandır

Sonrakı məqalə

“İran tərəfindən müsbət mesajlar alırıq” –