ABŞ Rusiyanın dondurulmuş 1 milyard dollarlıq aktivini Kiyevə vermək istəyir

ABŞ Ədliyyə Nazirliyi beynəlxalq sanksiyalar altında olan Rusiyanın 1 milyard dollardan çox aktivindən Ukraynanın ehtiyacları üçün istifadə etmək üçün icazə istəyir.

Azpost.info bildirir ki, bu barədə ABŞ baş prokurorunun müavini Liza Monako CBS News-a bildirib.

Bundan əvvəl Ağ Ev beş ölkənin milli təhlükəsizlik müşavirlərinin görüşündən sonra bildirmişdi ki, Rusiyanın ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadakı aktivləri  Kiyevə dəyən zərəri kompensasiya edənə qədər dondurulmuş vəziyyətdə qalacaq. .

Bundan əlavə, qeyd olunduğu kimi, beş müttəfiq ölkənin nümayəndələri “lazım olduğu müddətcə Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləməyə davam etmək, həmçinin onun bərpasına töhfə vermək niyyətlərini təsdiqləyiblər.

Monako CBS News-a müsahibəsində Rusiyanın dondurulmuş aktivlərinin gələcək taleyi ilə bağlı suala cavab olaraq deyib: “Biz Konqresdən alınan vəsaitdən Ukrayna xalqının xeyrinə istifadə etmək üçün icazə istəyirik”.

 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.