ABŞ Rusiyanın nüvə hücumu ilə bağlı plan hazırlayır

ABŞ Rusiyanın Ukraynaya qarşı mümkün nüvə hücumu ilə bağlı plan hazırlayır.

Azpost.info xəbər verir ki, bu məqsədlə Ağ Evdə mütəxəssislər qrupu toplanıb. Qrup Rusiyadan gələn nüvə təhlükəsini qiymətləndirmək və belə bir hücuma qarşı tədbirlər kompleksi hazırlamaq üçün bir araya gəlib.

ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi “The New York Times”a bildirib ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etmək qərarına gələrsə, bu, NATO və ABŞ üçün “hər şeyin masaya qoyulduğu” anlamına gələcək.

Amerikalı senator Cek Rid Rusiyanın Ukraynaya qarşı kütləvi qırğın silahlarından istifadəsinin nəticələrini proqnozlaşdırarkən deyib ki, bu halda radiasiya alyansın ərazisinə nüfuz edə bilər. O, əlavə edib ki, indiyədək Vaşinqton və NATO kəşfiyyatı Rusiya hərbçilərinin nüvə silahından istifadəyə hazırlanmasına dair hər hansı əlamət görməyib.

Azpost.info

Əvvəlki məqalə

Moskva Birjası açıldı, rubl bahalaşdı

Sonrakı məqalə

Ərdoğan Makronla görüşüb