ABŞ səfiri Gəncənin raket atəşinə tutulduğu ərazilərə baş çəkib

27 Oktyabr 2021 - 17:11

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində ötən il Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilən ərazilərə baş çəkib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinin xatirəsini dərin hüznlə yad edib”, – qeyd olunub.