ABŞ şirkəti “Jacobs” qəhvə brendini 18 milyard dollara alır

kofe

ABŞ-ın Keurig Dr Pepper şirkəti Niderlandın qəhvə və çay istehsalçısı JDE Peet’s-i satın alır.

Razılaşmanın məbləği 18,4 milyard dollar təşkil edir ki, bu da 22 avqust 2025-ci il tarixinə JDE Peet’s-in bazar dəyərindən təxminən 20% yüksəkdir, — deyə Reuters bildirir.

 Alqı-satqı xəbərlərindən sonra JDE Peet’s-in səhmləri (Jacobs, Tassimo və Douwe Egberts brendlərinə sahibdir) 25 avqust 2025-ci ildə 17,2% bahalaşaraq 31,1 avroya çatıb. 22 avqustun bağlanışında isə səhmlərin qiyməti 26,5 avro idi.

 Birgə şirkət fəaliyyətini iki istiqamətə böləcək və hər iki struktur ABŞ-da qeydiyyata alınacaq:

Global Coffee Co. dünya üzrə qəhvə bazarında işləməyi planlaşdırır.

Beverage Co. isə Şimali Amerikanın sərinləşdirici içkilər bazarına fokuslanacaq.

 Keurig Dr Pepper 2018-ci ildə Keurig Green Mountain və Dr Pepper Snapple şirkətlərinin birləşməsi nəticəsində yaranıb və hazırda 7 Up və Dr Pepper kimi qazlı içki brendlərinə sahibdir. Şirkətin kapitallaşması təxminən 48 milyard dollardır.

  Sözügedən razılaşmanın 2026-cı ilin ilk yarısında bağlanması planlaşdırılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.