“ABŞ son 45 ildə ilk dəfə Çini geridə qoyub” –“Bloomberg”

Bu il ABŞ iqtisadiyyatının artımı 1976-cı ildən bəri ilk dəfə Çinin iqtisadi artımından yüksək ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Çin iqtisadiyyatındakı yavaşlamanın səbəbi kimi yeni koronavirus epidemiyası göstərilir. Nəşrin məlumatına görə, bu il Çin iqtisadiyyatı cəmi 2 faiz, ABŞ ÜDM-si isə 2,8 faiz artacaq.

“1970-ci illərin sonlarında aparılan islahatlar və şəffaflıq kampaniyasından sonra Çin daha yüksək artım templəri nümayiş etdirib. 2 faizlik artım Çin üçün 1976-cı ildən bəri ən zəif artım olacaq. Hətta pandemiyanın ÜDM artımını 2,2 faizə endirdiyi 2020-ci ildən də geri qalacaq”.

Azpost.info

Əvvəlki məqalə

Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub

Sonrakı məqalə

Xınalıq kəndinə 10 santimetrdən çox qar yağıb – FOTO